16 
Iyn
2022
21:14
417

Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsi ilə əlaqədar Azərbaycan Hindistana etirazını bildirib

9 iyun 2022-ci il tarixində Hindistanın Azərbaycandakı səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayır.

 Görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.

 Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.

 Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.

Bizimlə əlaqə saxlayın