"VivaMedi" klinikasında Mixeil Saakaşvilinin məhkəmə prosesi baş tutur
Vivamedi klinikasında Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin məhkəməsi davam edir.Klinikada hakim Nino Çaxnaşvili, vəkil və prokurorlar iştirak edir.
InterPress.ge xəbər verir ki, Saakaşvilinin anası Qiuli Alasaniya da klinikaya gəlib.
Mixail Saakaşvilinin məhkəmədə ifadə verib-verməyəcəyi məlum deyil. Vəkilinin sözlərinə görə, o, sabiq prezidenti bu gün səhər görüb və hazırkı vəziyyətinə görə Saakaşvili ifadə verə bilməyəcək.
Bugünkü prosesdə vəkil jurnalistlərin və məhkəmə nəzarətçilərinin iclasa qatılması ilə bağlı vəsatət qaldıracaq. Vəkilin fikrincə, “dinləmənin keçirildiyi yer fundamental insan hüquqlarına qurban verilməməlidir”.
Xatırlatmaq istərdik ki, Mixail Saakaşvilinin sərhədi qanunsuz keçməsi faktı ilə bağlı istintaq oktyabrın 1-dən başlayıb. İş üzrə daha 4 nəfər - Elquga Çomaia, Zurab və Şalva Çoçoriya və Qiorqi Narimanidze ittiham olunub və onların məhkəmələri ayrı-ayrılıqda keçirilir.
Adıçəkilən şəxslər təqsirli olduqlarını etiraf ediblər.


