15 
Iyn
2022
14:00
940

Yaşayış minimumu artıb - Statistika

2022-ci ilin may ayında əvvəlki ayla müqayisədə yaşayış minimumu 4,1 lari artıb.

lnterPress.ge xəbər verir ki, bu barədə Milli Statistika İdarəsindən məlumat verilib.

Məlumata görə, ötən ay əmək qabiliyyətli kişilərin yaşayış minimumu 245,1 lari olduğu halda, 2022-ci ilin aprel ayında bu rəqəm 241 lari olub.

2022-ci ilin may ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə əmək qabiliyyətli yaşda olan kişilərin yaşayış minimumu 39,5 lari artıb. 2021-ci ilin may ayında yaşayış minimumu 205,6 lari təşkil edib.

Eyni zamanda, Geostat-ın məlumatına görə, may ayında aprel ayı ilə müqayisədə orta istehlakçının yaşayış minimumu 3,5 lari artaraq 213,5 lari əvəzinə 217 lari olub. 2021-ci ilin eyni dövrünə gəlincə, 2021-ci ilin may ayında orta istehlakçının yaşayış minimumu 182,1 lari təşkil edib.

Məlumat üçün qeyd edək ki, yaşayış minimumu minimum ərzaq səbəti əsasında müəyyən edilir. Minimum ərzaq səbəti əmək qabiliyyətinə malik olan kişinin normal həyatı və əmək qabiliyyəti üçün fizioloji cəhətdən zəruri olan qidanın miqdarını, onun tərkib elementlərinin (zülallar, yağlar və karbohidratlar) minimum miqdarını və kaloriləri özündə əks etdirən müəyyən edilmiş normativ qida səbətidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər