Gürcüstanda məhbus metal əşyalar udub və özünə xəsarət yetirib - FOTO
Ksani həbsxanasında məhbus özünə xəsarət yetirib. Məhbusun ailəsinin dediyinə görə, Zura Mikelaşvili bədəninə çoxsaylı xəsarət yetirib və metal əşyalar udub.
InterPress.ge xəbər verir ki, məhkum üç ay gözləməsinə baxmayaraq, Qldani həbsxanasına köçürülmədiyinə və tələbi cavabsız qaldığına görə etiraz edib.
Artıq üçüncü gündür ki, Penitensiar Xidmət bir nəfərlik kamerada saxlanılan məhbusun vəziyyəti ilə bağlı məhbusun ailəsinə məlumat vermir.
Zura Mikelaşvilinin anası oğlu ilə görüş tələb edir.
"Mənə zəng vurub sadəcə bu sözləri dedi: “Ana, mən xəsarət almışam” və səbəbini soruşduqda, “Sən mənim hər şeyimsən, ailəm və sən yanımda deyilsənsə, mən sizi görə bilmirəmsə, yaşamağımın bir mənası yoxdur və mən ölməyi üstün tuturam", daha sonra isə vidalaşdı. Metal udub. Oğlumun vəziyyəti ilə bağlı dəqiq məlumat almaq istəyirəm”, – məhbusun anası bildirib.


