15 
Iyn
2022
10:47
606

Bir il ərzində yoxsul əhalinin sayı 19% artıb

Bir il ərzində yaşayış müavinəti alanların sayı 19% artıb.

InterPress.ge xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyinin saytında dərc olunan statistik məlumatda deyilir.

Sosial Xidmətlər Agentliyinin saytında dərc olunan statistik məlumatına əsasən, 2022-ci ilin may ayında 656 591 nəfər yaşayış üçün müavinət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 953 nəfər çoxdur. 2021-ci ilin may ayında dövlət yardımına ümid edənlərin sayı 551 638 nəfər olub.

Qeyd etmək lazımdır ki, Tbilisi yoxsul əhalinin payına görə (əhalinin sayından asılı olaraq) birinci yerdədir. 2022-ci ilin may ayının məlumatına görə, paytaxtda 133 944 nəfər müavinət alır, İmereti ikinci yerdədir, bu bölgədə 84 716 nəfər yaşayış müavinəti alır. Kvemo Kartli üçüncü yerdədir,  burada ümumilikdə 81 862 nəfər dövlət yardımı alır.

Bununla belə, son bir ildə özünü yoxsul və maddi yardıma ehtiyacı hiss edənlərin sayı da artıb. O cümlədən, 2021-ci ilin may ayında 1 049 586 nəfər ünvanlı sosial yardım proqramında qeydiyyatda idisə, 2022-ci ilin may ayında bu rəqəm 1 115 082 nəfərə yüksəlib. Burada artım 5%-dən çoxdur.

Bizimlə əlaqə saxlayın