14 
Iyn
2022
21:41
1173

Marneulidə müəllimə təzyiqə məruz qaldığını iddia edir

"Mən şagirdimin valideyni Elina Əhmədova tərəfindən təhdidlərə və təhqirlərə məruz qalıram".

InterPress.ge məlumat verir ki, bu barədə Marneulinin 2 saylı ictimai məktəbinin ingilis dili müəlliməsi Zəhra Gərəkməzli bildirib.

Müəllimənin sözlərinə görə, 7-ci sinif şagirdinin valideyni ondan öz övladına yüksək qiymət yazmağını tələb edib və o, yazmayacağını bəyan etdikdən sonra valideyin tərəfindən  təhdid edilib. 

"Mən bir valideyin tərəfindən təhdidlərə və təhqirlərə məruz qalıram. Mən birdəfə yox, bir neçə dəfə təhqirlərə məruz qalmışam, amma artıq bu vəziyyət dayanılmaz hala gəlib çıxıb" -deyə müəllimə bildirib. 

Zəhra Gərəkməzli Elina Əhmədova tərəfindən onu məktəbdən atdıracağına dair hədələndiyini qeyd edir.

Həmçinin o qeyd etdi ki, "məktəbdə müəllimlərə qarşı bu kimi hallar çox olur və bundan heç kim bəhs etmir, mən bütün müəllimlərin səsi olmaq istəyirəm".

Bizimlə əlaqə saxlayın