14 
Iyn
2022
18:35
301

Avropa Komissiyası Ukraynanın namizədlik statusu ilə bağlı qərarı bu tarixdə açıqlayacaq

Avropa Komissiyası Ukraynanın namizəd statusu ilə bağlı hesabatı iyunun 17-də ictimailəşdirəcək.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Ukrayna mətbuatı Avropa Komissiyasının sözçüsü Erik Mamerə istinadən yayıb.

“Mən mətbuatda oxudum ki, Avropa Komissiyası dünən qərar verib, amma bu, tamamilə yalandır. Komissiya dünən heç bir qərar vermədi, şura üzvlərinə məsələ ilə bağlı öz fikirlərini və mülahizələrini ifadə etməyə imkan verəcək giriş müzakirəsi keçirdi", - Mamer bildirib.

O bildirib ki, hazırda Avropa Komissarları Şurası debat hazırlayır və müvafiq xidmətlər sənədləşməni tamamlayır.

Məlumat üçün bildirək ki, Avropa Şurasının Aİ-yə namizəd statusunun verilməsi ilə bağlı qərarının iyunun 23-24-də qəbul edilməsi gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər