Bu gün Moskvada işğal olunmuş Çxinvalinin Rusiyaya birləşdirilməsi ilə bağlı “referendum” müzakirə olunacaq
Bu gün Moskvada Cənubi Osetiyanın Rusiyaya birləşməsi ilə bağlı məsləhətləşmələr keçiriləcək.
InterPress.ge xəbər verir ki, bu barədə Sputnik məlumat yayıb.
Məlumata görə, görüşdə “Cənubi Osetiya”nın de-fakto prezidenti Alan Qaqloyev iştirak edəcək.
“Nümayəndə heyətinin tərkibinə parlamentin spikeri Alan Tadtaev, Ali Məhkəmənin sədri Olesya Koçiyeva, Mərkəzi Seçki Komissiyasının sədri Emiliya Qaqiyev, xarici işlər naziri vəzifəsini icra edən Dmitri Medvedev və prezidentin müşaviri Konstantin Koçiyev daxildir”, - məlumatda deyilir.
Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsinin təşəbbüskarı onun keçmiş idarəçisi Anatoli Bibilov olub. İşğal olunmuş ərazilər üzrə referendum iyulun 17-nə təyin edilmişdi. Alan Qaqloyev de-fakto seçkilərdə qalib gəldikdən sonra “məsələnin hüquqi nəticələrinin qeyri-müəyyən olduğunu” əsas gətirərək Rusiyaya birləşmək üçün referendumu dayandırıb.


