13 
Iyn
2022
14:39
354

Kaxa Kaladze: Əgər bizə namizəd statusu verilməsə, biz yenə də Avropaya inteqrasiya yolunu davam etdirəcəyik

"Əgər bizə statusun verilməməsi barədə qərar qəbul edilərsə, biz yenə də Avropa və Avropa İttifaqı adlanan böyük ailənin bir hissəsi olmaq üçün Avropaya inteqrasiya yoluna davam edəcəyik, baxmayaraq ki, qərarın müsbət olacağını düşünürəm".

InterPress.ge xəbər verir ki, bu barədə paytaxtın meri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, hakim komanda Aİ statusu əldə etmək prosesində rəqiblərindən “yaxşı heç nə” gözləmir.

“Biz rəqiblərimizdən yaxşı heç nə gözləmirik, onlar Gürcüstanın bu statusu almaması üçün hər şeyi edirlər. Lakin gözləntilərə gəlincə, hesab edirəm ki, Gürcüstan xüsusən də son illərdə ölkənin bu statusu alması üçün hər şeyi  edib. Əgər statusun verilməməsi barədə qərar qəbul ediləcəksə, biz yenə də Avropa və Avropa İttifaqı adlanan bu ailənin bir hissəsi olmaq üçün Avropaya inteqrasiyaya davam edəcəyik, baxmayaraq ki, qərarla bağlı müsbət gözləntilərim var", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər