Kaxa Kaladze: Bidzina İvanişvilinin pis adam olması ilə bağlı münasibət qətiyyən qəbuledilməzdir
"Qətnamədə Bidzina İvanişvilinin pis adam olması ilə bağlı münasibət qətiyyən qəbuledilməzdir. Kim düşünürsə ki, Bidzina İvanişvili sanksiyaların tətbiqi ilə qorxudulub yenidən siyasətə qayıdacaq və ölkəni müharibəyə cəlb etmək üçün ölkəyə və hakimiyyətə qarşı olacaq, inanın ki, boşuna cəhd edir və heç kim buna nail olmayacaq".
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun baş katibi, Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Bidzina İvanişvili siyasətə girmək və Milli Hərəkatı “uzaqlaşdırmaq” la ölkə üçün çox böyük işi görüb.
"Çoxlu xeyriyyə işi görən və görəcək adam üçün qətnamədə yazılan təhqiramiz sözlər biabırçılıqdır. Kilsələrin bərpası, mədəni irs obyektlərinin bərpası, NATO standartlarına uyğun bazalarının tikintisi, çox adama yardım, dəstək, hətta mərkəzi parkın tikintisi, universitet tikintisi kimi bir çox mühüm işlər görüb və qətnamədə Bidzina İvanişvilinin pis adam olması ilə bağlı münasibət qətiyyən qəbuledilməzdir. Kim düşünürsə ki, Bidzina İvanişvilini sanksiyalarla qorxudacaq və yenidən siyasətə qayıdaraq ölkəni müharibəyə cəlb etmək üçün ölkəyə və hakimiyyətə qarşı olacaq, inanın ki, boşuna cəhd edir və heç kim buna nail olmayacaq. Bidzina İvanişvili elə bir adamdır ki, məncə, ölkəyə etdiyi ən böyük iş onun siyasətinə girib ölkə üçün pisləri, “Milli Hərəkat” kimi təmsil olunan ölkənin düşmənlərini aradan götürmək olub", - deyə Kaxa Kaladze bəyan edib.


