Din xadimi Saakaşvili haqda: "Bu adam həbsxanada dura bilmir, qorxur, kişi deyil"
"Heç kimə ölkəni qarışdırmağa icazə verməyəcəyik".
InterPress.ge xəbər verir ki, bunu Bodbedən olan yepiskop Möhtərəm İakob söyləyib.
Din xadimi üçüncü prezident mövzusuna da toxunub və onun kişi olmadığını, qorxaq olduğunu bildirib.
"Saakaşvilinin həbsdə olması bizim günahımızdır? Ukrayna onu niyə göndərdi? Göndərməsəydi və orda olsaydı, rahat olardı. İndi burada da sakit olsun, həbsxanada kimə, nəyə lazımdır? Qorxur, görürsünüz ki, kişi deyil. Məgər o vaxt elitar korrupsiya çox deyildi? Bəs o insanlar Avropa tərəfindən qorunurmu? Biz zorla heç nə istəmirik", - deyib yepiskop.
Din xadimi onu da bildirib ki, Avropada tənqid obyekti olan hazırkı məhkəmə Mixeil Saakaşvilidən qalıb.
"Bizim məhkəmə o dövrdən qalan məhkəmənin varisidir. Neçə dəfə barışıq dedilər, kimsə gəldi? Mən avropalılardan xahiş edirəm, buna düzgün yanaşsınlar, ölkə daxilində vəziyyəti gərginləşdirirlər. Heç kimə ölkəni qarışdırmağa imkan verməyəcəyik. Bizim inqilab təşkil etdirməmək gücümüz var”, - deyə din xadimi bildirib.


