Baş nazir: "Biz layiqli, ədalətli münasibət tələb edirik, bitdi!"
"Biz layiqli, ədalətli münasibət tələb edirik, bitdi!".
InterPress.ge xəbər verir ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili jurnalistlərə açıqlamasında Gürcüstana Aİ-yə namizəd statusunun verilməsi barədə danışıb.
Qaribaşvilinin qeyd etdiyinə görə, “Gürcüstanla bağlı qətnamə onun üçün heç nə demək deyil” və bu, "siyasi qərəzli sənəddir".
“Biz bundan sonra da ölkəmizin əmin-amanlığını, xalqımızın əmin-amanlığını və sabitliyini, ölkəmizin inkişafını sakit və möhkəm şəkildə qoruyub saxlamalıyıq. Əsas olan budur. 2007-ci ildə bizim çox böyük gözləntilərimiz, ajiotaj var idi ki, MAP-ın verilməsi və ya verilməməsi ilə nəsə baş verəcəkdi. Bizə MAP verilmədi, lakin ölkə NATO ilə birgə təlim mərkəzi açaraq NATO-ya inteqrasiyanı davam etdirdi. Ona görə sizə deyirəm ki, bizə reallıq lazımdır. Biz layiqli, ədalətli münasibət tələb edirik, bitdi!”, - İrakli Qaribaşvili bildirib.
“Gürcüstan qətnamədə olduğu kimi ədalətsiz ittihamlarla Aİ-yə namizəd statusunu alarsa, Gürcüstan buna cavab olaraq imtina etməlidir” deyən hakim partiyanın üzvü Dimitri Xundadze ilə razılaşıb-razılaşmadığını soruşduqda İrakli Qaribaşvili bildirib ki, "o, bu, məqamda siyasi korrektliyi qorumaq istəyir və daha danışmaq istəmir. Amma ehtiyac yaranarsa, xalqı qarşısında cavabdeh olacaq”.
“Mən hökumətin başçısıyam, bizdə olan mövqeyi və reallığı ifadə edirəm. Demək istəyirəm ki, biz özümüz ideal, səhvsiz və s. deyilik. Bu, prosesdir. Mən bu məqamda siyasi korrektliyi qorumaq istəyirəm və daha danışmaq istəmirəm. Amma zərurət yaranarsa, mən xalqım qarşısında cavab verəcəm. Qətnamə məncə heç nə demək deyil. Bu, siyasi qərəzlidir", - Qaribaşvili bildirib.
Baş nazir eyni zamanda qeyd edib ki, Gürcüstan islahatları davam etdirir və proses bitməyib.


