Gürcüstanın müdafiə naziri: "Zabit və çavuşlar mənzillərlə təmin olunacaqlar"
"Bizim Müdafiə Məcəlləsinə dəyişiklik etmək təşəbbüsümüz var, bunun nəticəsində qanunvericiliyə nəzərən bəzi kateqoriyalardakı zabit və çavuşlar üçün mənzillə təmin olunacaq ki, bu da hərbçilərin qiymətləndirilməsi üçün görünməmiş qərar olacaq".
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri bildirib.
Guanşer Burçuladzenin qeyd etdiyinə görə, hərbi qulluqçuların mənzillərlə təmin olunması layihəsi uğurla həyata keçirilir.
Nazirin sözlərinə görə, bu gün 1000-dən çox mənzilin yerləşdiyi 39 7 mərtəbəli bina tikilib.
“Maaşların artırılması ilə paralel olaraq uzun illər peşəkar hərbi karyerası və ölkəyə xidməti üçün hərbi mənzillərin verilməsi layihəsi uğurla davam etdirilir. Bu günədək 1000-dən çox mənzilin yerləşdiyi 39 7 mərtəbəli bina tikilib. Layihədə hərbçilər hər kvadratmetr üçün 100 dollar ödəməlidirlər. Ödəniş bank krediti ilə deyil, faizsiz daxili taksitlə həyata keçirilir. Layihə davamlı olacaq.
Bizim həmçinin Müdafiə Məcəlləsinə bəzi kateqoriyalardan olan zabit və çavuşların mənzillə təmin olunması ilə bağlı dəyişiklik etmək təşəbbüsümüz var ki, bu da ordunun qiymətləndirilməsi üçün ciddi, misli görünməmiş qərar olacaq",- Guanşer Burculadze qeyd edir.


