09 
Iyn
2022
12:50
348

Avropa Parlamentinin üzvü: Kim istəyir ki, Gürcüstan zəifləsin, Avropa ailəsindən ayrılsın? Bunu Putin istəyir

"Gürcü xalqı Avropa xalqıdır. Bəli, biz media azadlığı məsələlərində bəzi uğursuzluqlar gördük, amma kim istəyir ki, Gürcüstan zəifləsin, Avropa ailəsindən ayrılsın? Kim istəyir ki, Gürcüstan Avropaya yaxınlaşmasın? Bunları istəyən cənab Putindir".

InterPress.ge xəbər verir ki, bunu Avropa Parlamentinin üzvü Evqen Tomak deyib.

O bildirib ki, Aİ genişlənməyə diqqət yetirməlidir.

“Bizim reaksiyamız genişlənməyə, Gürcüstanla bağlı siyasətimizdə daha məqsədyönlü olmağa yönəlməlidir. Həmçinin gürcü siyasətçiləri başa düşməlidirlər ki, Aİ aşağı standartlara cavab verən layihə deyil. Avropa layihələrində Gürcüstanı onlara hörmət etməyə məcbur edən dəyərlər və standartlar var və bu dəyərlər Gürcüstanda həyata keçirilməlidir. Gürcüstan namizəd ölkə olmalıdır", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər