Meymun çiçəyinin yayılma riski realdır - ÜST
"Meymun çiçəyinin qeyri-endemik ölkələrdə yayılması riski realdır".
InterPress.ge xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreiesus deyib.
"Meymun çiçəyinin qeyri-endemik ölkələrdə yayılması riski realdır, lakin bu ssenarinin qarşısını almaq olar", - deyib Tedros Adhanom Gebreiesus.
O, dövlətləri xəstəliyə nəzarət etmək və yayılmasının qarşısını almaq üçün sağlamlıq monitorinqi tədbirlərini artırmağa çağırıb.
"Hazırda xəstəliyin endemik olmadığı ÜST-ə üzv 29 ölkədə 1000-dən çox təsdiqlənmiş meymun çiçəyi halı bildirildi", - deyə o bəyan edib.
O vurğulayıb ki, ÜST bu virusun həssas qruplar, o cümlədən uşaqlar və hamilə qadınlar üçün yaratdığı risklərdən xüsusilə narahatdır.


