"Biz Gürcüstanı təhdid edən tarixi təhlükəni nəzərə almalı və ona namizəd statusu verməliyik" - Anna Fotiga
Avropa Parlamentinin deputatı Anna Fotiganın sözlərinə görə, Gürcüstan Moldova və Ukrayna kimi Aİ-yə namizəd statusu almalıdır.
InterPress.ge xəbər verir ki, o, bu barədə Avropa Parlamentindəki çıxışında bildirib.
Onun sözlərinə görə, Gürcüstan yeni sovet təhlükəsi qarşısında tək qalmamalıdır.
“Avropaya inteqrasiyanı gürcü xalqının əksəriyyəti dəstəkləyir. Siyasi elitanın bir çox üzvləri Gürcüstanı bu yola çatdırmaq üçün mübarizə aparıblar, amma indi həbsdədirlər. Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili, eləcə də Nika Qvaramiya həbsdədir. Ən yaxın dostumuz olan Gürcüstan hökumətinin tənqidlərinə baxmayaraq, yaranan tarixi təhlükəni nəzərə almalı və ona namizəd statusu verilməlidir. Biz Gürcüstanı yeni sovet təhlükəsi qarşısında tək qoymamalıyıq. Ukraynada baş verənlərə baxın.
Biz sizi Gürcüstanın, eləcə də Moldovanın və Ukraynanın namizədliyini dəstəkləməyə çağırırıq”, - deyə o söyləyib.


