Daştəpə kəndində etiraz aksiyası keçirildi- FOTO
Marneuli Bələdiyyəsinin Daştəpə kəndində kənd sakinləri aksiya keçirib.
Interpress.ge xəbər verir ki, etirazın səbəbi kənddə suvarma suyunun olmamasıdır ki bu da yerli əhalinin narahatçılığına səbəb olub.
Yerli sakinlərin bildirdiyinə görə, əhali mövcud problemlə əlaqədar dəfələrlə aidiyyati qurumlara müraciət etsələr də, heç bir nəticə olmayıb.
Etirazçıların sözlərinə görə, onlar Marneuli bələdiyyəsinin meri Kənan Ömərova müraciət etmək istəsələr də, mer onların telefon zənglərinə cavab verməyib.
Bundan əlavə sakinlərə Daştəpə kəndinin deputatı ilə əlaqə saxlamalarnı bildiriblər.
Onların açıqlamalarına görə, sakinlər deputatla əlaqə saxlayıblar, lakin deputat isə onlara bu məsələ ilə aidiyyatı olmadığını bildirib.
Kənd sakinləri problemin həll olunacagina ümid edərək kömək istəyirlər.




