08 
Iyn
2022
14:57
617

“Alyans” Gənclər Mərkəzində sertifikat təqdim etmə mərasimi baş tutdu - FOTO

 “Alyans” Gənclər Mərkəzində sertifikat  təqdim etmə mərasimi baş tutub. 

InterPress.ge xəbər verir ki, azərbaycan, gürcü, ingilis, alman dilləri, Azərbaycan tarixi, rəsm və xalçaçılıq fənnləri üzrə altmışa yaxın tələbə təltif edilib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin beşinci ərazi şöbəsinin müdürü Vüsal Məmmədov, Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) idarə heyətinin sədri Nəriman Qurbanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Sərxan İsmayılov iştirak edib.

Tədbirin sonunda “Alyans” Gənclər Mərkəzinin idarə heyətindən Rəna Hüseynova və Leyla Əmrahova Vüsal Məmmədova mərkəzin tələbələrindən Nana Bədəlovanın “Nar bağı” adlı rəsm əsərini və Aygün Ramazanovanın “Xarı bülbül” adlı xovlu xalçasını xatirə olaraq hədiyyə ediblər.

Qeyd edək ki, Alyans Gənclər Mərkəzində kurslar ödənişsiz həyata keçirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər