07 
Iyn
2022
15:10
320

Salome Zurabişvili: “Gürcüstan və İtaliya arasında 30 illik yox, çoxəsrlik münasibət var”

“Gürcüstan və İtaliya arasında 30 illik yox, çoxəsrlik münasibət var”.

InterPress.ge xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili İtaliyaya səfəri zamanı İtaliya prezidenti ilə keçirdiyi mətbuat konfransında deyib.

“25 ildən sonra Gürcüstan prezidentinin İtaliyaya ilk dövlət səfəri bu gün baş tutdu. Eyni zamanda, biz diplomatik münasibətlərimizin 30 illiyini qeyd edirik. Bu tarixlər çox vacibdir, çünki Gürcüstan-İtaliya arasında 30 il yox, çoxəsrlik əlaqələr var və bizim iki mədəniyyət və sivilizasiyamız bir-birini çox əsrlər əvvəl tanıyıb və əməkdaşlıq ediblər”, - Salome Zurabişvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər