18 
Iyn
2020
14:54
716

Nazir: "Söz verirəm ki, vətəndaşlarımızın sağlamlıq hüquqları qorunmuş olacaq"

"Söz verirəm ki, vətəndaşlarımızın sağlamlıq hüquqları qorunmuş olacaq və heç bir addım geri atılmayacaq".

InterPress.ge xəbər verir ki, bu haqda səhiyyə naziri Ekaterine Tikaradze nazirliyin 2019-cu ilin hesabatı zamanı qeyd edib.

"Nazirlik səhiyyə istiqamətilə vətəndaşlara maliyyə, coğrafi əlçatanlığı və keyfiyyətli səhiyyə servislərindən yararlanmağa imkan verəcək qlobal reformların keçirilməsi özü özlüyündə çox vacibdir. Məhz buna görədə vətəndaşlara söz verirəmki, onların sağlamlıq hüquqları qorunacaq və bunun üçün heç bir addım geri çəkilməyəcək "- açıqladı Ekaterine Tikaradze.

O, eləcə də sosial siyasətdən də danışıb. Onun qeyd etdiyinə görə nazir vəzifəsində çalışdığı ilk 1-ci ildə struktur birlik yaradılıb və sosial təminetmə paketi birləşdirilib.

O, çıxışında bildirib ki, son 1 il ərzində pandemiya şəraitində əmək təhlükəsizliyi istiqamətinin rolu gücləndirilib. Gürcüstan ABŞ-dan sonra ikinci dövlət idi ki, Covid-19 şəraiti zamanı əmək təhlükəsizliyi agentliyi tərəfindən əhəmiyyətli tövsiyyələr işlənib.

Bizimlə əlaqə saxlayın