06 
Iyn
2022
13:41
3432

Gürcüstanda havanın şəraiti bu tarixdən dəyişir - SİNOPTİKLƏRDƏN AÇIQLAMA

İyunun 6-dan 11-dək Gürcüstanda arabir yağış yağacaq, şimşək çaxacaq, bəzi yerlərə dolu düşəcəyi və küləyin güclənəcəyi gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyindən məlumat verilib.

"Gözlənilən yağıntılar Gürcüstan çaylarında suyun səviyyəsini əhəmiyyətli dərəcədə artıra, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmələrə səbəb ola bilər", - məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər