Gürcüstanda qaz tarifi qonşu və Avropa ölkələri ilə müqayisədə nə qədər fərqlənir?
2021-ci ildə Gürcüstanda qazın 1 kubmetri üçün məişət tarifi 0,55 lari təşkil edib ki, bu da Avropa ölkələri arasında ikinci ən aşağı nəticədir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Enerji və Su Tənzimləmə Komissiyasının (GNERC) 2021-ci il hesabatında deyilir.
Təbii qazın istehlak tarifi yalnız bir ölkədə, Azərbaycanda Gürcüstandan aşağıdır - hər kubmetr üçün 0,28 lari.
Digər qonşulara, Türkiyə və Ermənistana gəlincə, GNERC-in məlumatına görə, bu ölkələrdə məişət qazının tarifləri müvafiq olaraq 0,80 lari və 1,06 lari təşkil edir.
2021-ci ildə müxtəlif Avropa ölkələrində təbii qazın 1 kubmetri üçün məişət tarifləri (lari ilə):
Azərbaycan - 0,28;
Gürcüstan - 0,55;
Türkiyə - 0,80;
Moldova - 1,03;
Ermənistan - 1,06;
Ukrayna - 1,13;
Macarıstan - 1,30;
Rumıniya - 1,33;
Bosniya və Herseqovina - 1,35;
Serbiya - 1,45;
Litva - 1,53;
Latviya - 1,54;
Bolqarıstan - 1,57;
Xorvatiya - 1,60;
Polşa - 1,69;
Slovakiya - 1,81;
Estoniya - 1,83;
Lüksemburq - 1,84;
Yunanıstan - 1,96;
Belçika - 2,01;
Şimali Makedoniya - 2,08;
Sloveniya - 2,28;
Çexiya - 2,52;
İrlandiya - 2,63;
Avstriya - 2,72;
Almaniya - 2,72;
Lixtenşteyn - 2,90;
Fransa - 3,01;
İtaliya - 3,06;
İspaniya - 3,06;
Portuqaliya - 3,71;
Danimarka - 3,78;
Hollandiya - 3,90;
İsveç - 5,63.
Məlumat üçün bildirək ki, bu il iyulun 1-dən təbii qaz Tbilisi və regionlarda sahibkarlıq subyektləri üçün bahalaşacaq. Təbii qaz Tbilisidə qeyri-məişət istehlakçıları üçün 25 tetri artacaq və yeni tarif 1,35 lari, regionlarda isə tarif 1,38 lari olacaq.
GNERC sədri David Narmanianın sözlərinə görə, təbii qaz 2023-cü ildən əhali üçün artacaq.