18 
Iyn
2020
11:09
397

Donalt Tusk: "Qiorqi Ruruanın yenidən həbsdə qalmasından narahatıq"

"Qiorqi Ruruanın yenə həbsdə qalmasından narahatıq və Gürcüstan 8 mart razılığını tam olaraq yerinə yetirməsini eləcə də Ruruanın azadlığa buraxılmasına dair müraciət edirik".

InterPress.ge xəbər verir ki, bu haqda Avropanın xalq partiyasının sədri Donald Tusk Twitter sosial şəbəkəsində yazır.

“Avropanın xalq partiyası Gürcüstanda keçiriləcək seçki kompaniyasının satın almadan, hədə qorxu gəlmədən və inzibati resurslardan istifadə etmədən baş tutacağını gözləyir. Avropanın xalq partiyası Gürcüstan hökümətinin və müxalifət arasında baş tutan 8 mart razılaşması ilə gərginliyi azaltmaq üçün atılan addımları alqışlayır. Qiorqi Ruruanın yenə həbsdə qalmasından narahatıq və Gürcüstan 8 mart razılığını tam olaraq yerinə yetirməsini eləcə də Ruruanın azadlığa buraxılmasına dair müraciət edirik”- yazır Donald Tusk.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər