Kovid qaydaları ləğv edildikdən sonra bu gün Bakıdan Batumiyə ilk uçuş həyata keçirilib
Kovid qaydaları ləğv edildikdən sonra bu gün Bakıdan Batumiyə ilk uçuş həyata keçirilib. Azərbaycandan 100-ə yaxın sərnişin Batumi Beynəlxalq Hava Limanına gəlib.
InterPress.ge xəbər verir ki, bu barədə Acarıstan Turizm Departamentindən məlumat verilib.
Məlumata görə, “Azərbaycan Hava Yolları” aviaşirkəti iyunun sonunadək həftədə iki dəfə, iyul ayından isə üç dəfə uçuşlar həyata keçirəcək.
Azərbaycanlı turistləri Batumi Beynəlxalq Hava Limanında Acarıstanın Turizm Departamentinin rəhbəri və Azərbaycanın konsulu qarşılayıb.
Acarıstan Turizm Departamentinin verdiyi məlumata görə, bu il Batumi hava limanında uçuşların sayı artıb. Mövcud məlumatlara əsasən, Batumiyə uçuşlar beş yeni aviaşirkət tərəfindən həyata keçirilib: Airbaltic, Flydeal, Jordan Aviation, Aseman və Uzbekistan Airways. Airbaltic və Özbəkistan Hava Yolları bu il ilk dəfə olaraq Riqa və Daşkənddən uçuşlar həyata keçirib.
Məlumata görə, iyunda Batumi istiqamətində 12 ölkədən 300-ə qədər aviareys planlaşdırılır.


