Gürcüstanda daha 8 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, ölkəmizdə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 739-a çatıb.
Məlumata görə, ölkədə karantində 2710, stasionar nəzarətdə isə 267 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 893 nəfər yoluxub, onlardan 14 nəfər dünyasını dəyişib.
.jpg)