03 
Iyn
2022
11:56
17804

Prezident Mixeil Saakaşvilinin əfvi ilə bağlı açıqlama verdi

"Bunun ölkənin reputasiyasına xələl gətirməməsi vacibdir və ölkənin keçmiş prezidentinə zərər gəlməməsi üçün müvafiq tədbirlər görülməlidir".

InterPress.ge xəbər verir ki, bunu prezident Salome Zurabişvili sabiq prezident Mixeil Saakaşvilinin səhhəti ilə bağlı deyib.

Zurabişvilinin Palitraniusun efirində qeyd etdiyinə görə, keçmiş prezidentin mümkün əfv olunması ölkədə qütbləşmiş mühitə daha çox ziyan vuracaq. Prezidentin sözlərinə görə, tibbi ekspertlər Gürcüstanda lazımi müalicə almaq imkanının olmadığını zəruri hesab edərlərsə, buna müvafiq reaksiya vermək hakimiyyətin vəzifəsidir.

“Siz Gürcüstan cəmiyyətini tanıyırsınız, bilirsiniz ki, bu, həddindən artıq mübahisəli məsələlərdən biri olacaq. Mən qütbləşməni yatırmaq üçün əvvəllər də üç dəfə insanları əfv etmişəm, o vaxt da nəticə əldə olunmayıb və burada xalqın mövqeyi daha kəskin ifadə olunub. İctimaiyyətin xatırladığı çox çətin illəri nəzərə alsaq, mən ölkədə bu qütbləşməni daha da dərinləşdirə biləcək heç bir işdə iştirak edə bilmərəm”, - deyə prezident bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər