Həkimlərdən birinin dövlət sertifikatı ləğv edildi, 18 həkimə isə yazılı xəbərdarlıq edildi
Səhiyyə Nazirliyində Peşəkar İnkişaf Şurasının növbəti iclası keçirilib. Şura üzvləri həkimlərin peşə məsuliyyəti ilə bağlı 7 işi müzakirə ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib
Məlumata görə, Peşəkar İnkişaf Şurasının qərarı ilə həkimlərdən birinin dövlət sertifikatı ləğv edilib, digərinin isə fəaliyyəti 6 ay müddətinə dayandırılıb.
“Şuranın qərarına əsasən, daha bir həkim tərəfindən peşə pozuntusu müəyyən edilib və onun sertifikatı 1 aylıq müddətə ləğv edilib. 18 həkimə yazılı xəbərdarlıq edilib.
Peşəkar İnkişaf Şurası öz funksiya və səlahiyyətləri çərçivəsində həkimlərin peşə fəaliyyətinin hərtərəfli və ətraflı yoxlanılmasını təmin edir. İdarə Heyətinin üzvləri xəstəyə göstərilən tibbi xidmətin keyfiyyətini, tibb işçiləri tərəfindən mümkün pozuntuları, peşə öhdəliklərini, xəstəyə qarşı ədalətsiz/etik olmayan, pis rəftar hallarını müzakirə edirlər.
Müəyyən edilmiş pozuntularla əlaqədar olaraq Şura tibb işçilərinin işləmək hüququna xitam vermək və ya onları optimal müddətə dayandırmaq, peşə reabilitasiyası kursuna keçmək barədə göstəriş vermək və yazılı xəbərdarlıq etmək səlahiyyətinə malikdir”, - bəyanatında deyilir.


