18 
Iyn
2020
09:34
2854

Bu ay Gürcüstanda Günəş tutulması olacaq - Tarixi açıqlandı

2020-ci ildə baş verəcək ilk Günəş tutulmasının vaxtı açıqlanıb.

InterPress.ge xəbər verir ki, ilin ilk Günəş tutulması iyunun 21-də baş verəcək.

Bu da yay günəşduruşu gününə təsadüf edəcək.

Sözügedən təbiət hadisəsi həlqəvari Günəş tutulmasıdır. Tutulma saat 07:46-da başlayacaq və saat 13:34-də sona çatacaq. Tutulmanın maksimumu 10:41-də olacaq. Təbiət hadisəsi beş saat 48 dəqiqə davam edəcək.

Günəş tutulması Afrika, Cənub-şərqi Avropa və Asiyada müşahidə ediləcək. Həlqəvari fazanı isə Mərkəzi Afrika Respublikası, Konqo və Efiopiya da daxil olmaqla, Afrikanın bir hissəsindən, Cənubi Pakistan, Şimali Hindistan və Çindən müşahidə etmək mümkün olacaq.

Bu ölkələrin sakinləri tutulmanın maksimum fazasında Günəş ətrafında xarakterik yanar həlqə görəcəklər.

Gürcüstan ərazisində isə Günəş tutulması qismən müşahidə olunacaq. Tutulma Gürcüstan ərazisi üçün saat 08:49-da başlayıb, saat 10:52-də sona çatacaq və proses 2 saat 3 dəqiqə davam edəcək.

İlin ikinci analoji hadisəsi isə 14 dekabrda baş verəcək. Bu, tam Günəş tutulması olacaq.

Bizimlə əlaqə saxlayın