Bizimlə əlaqəHaqqımızda—
Ən son:
Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıbSofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbKobaxidze: Hakimiyyətlə biznes arasında daimi dialoq son dərəcə vacibdirTbilisidə Mirzə Şəfi Vazehin xatirəsinə həsr olunmuş tədbir keçirilibÜç nəfəri soyuq silahla yaralayan şəxs saxlanılıb
TVCANLI

Sozar Subari: "Boş stul uzun müddət boş qalacaq, istər üzərinə Mixeil Saakaşvilinin adını yazsınlar, istər rəsmini çəksinlər"

587
Sozar Subari: "Boş stul uzun müddət boş qalacaq, istər üzərinə Mixeil Saakaşvilinin adını yazsınlar, istər rəsmini çəksinlər"
Dinləmək üçün basın

"Boş stul uzun müddət boş qalacaq, istər üzərinə Mixeil Saakaşvilinin adını yazsınlar, istər rəsmini çəksinlər - Saakaşvili Gürcüstan həbsxanalarında cəza çəkən ən pis cinayətkarlardan biridir və Avropalı yoldaşlarının…

"Boş stul uzun müddət boş qalacaq, istər üzərinə Mixeil Saakaşvilinin adını yazsınlar, istər rəsmini çəksinlər - Saakaşvili Gürcüstan həbsxanalarında cəza çəkən ən pis cinayətkarlardan biridir və Avropalı yoldaşlarının bunu görməməsi çox pisdir".

InterPress.ge xəbər verir ki, parlament çoxluğunun üzvü Sozar Subari Avropa Xalq Partiyasının dünənki qurultayına və tədbirdə Mixeil Saakaşviliyə xüsusi yer ayrılmasına belə münasibət bildirib.

“Mixeil Saakaşvilinin yeri ədalətli məhkəmənin hökm çıxardığı yerdir. Kiminsə buna şübhəsi varsa, artıq bir dəfə Saakaşviliyə rədd cavabı verən Strasburq məhkəməsi var. Boş stul boş qalacaq, istər üzərinə Mixeil Saakaşvilinin adını yazsınlar, istər rəsmini çəksinlər, bu stul uzun müddət boş qalmalı olacaq və ən ağrılısı o idi ki, Gürcüstanın, gürcü xalqının namizəd statusu gözlədiyi bir vaxtda Avropa Xalq Partiyası statusla bağlı bir kəlmə də demədi. “Milli Hərəkat”ın Avropada nə işlə məşğul olduğu bəlli oldu. Çox pisdir ki, EPP Gürcüstanı dəstəkləmək əvəzinə, Milli Hərəkatın göstərişləri ilə bunun əksini edir”, - Subari bildirib.

Eyni zamanda, Subarinin sözlərinə görə, “Saakaşvili sıradan məhbus deyil, o, Gürcüstan həbsxanalarında olan ən pis cinayətkardır”.

“Çox az adam oxşar cinayətlər törədib və onun törətdiyi cinayətlər şəlaləsi - insanlara hücum etmək, küçədə gülləbaran etmək, deputatları öldürmək kimi birbaşa göstərişlər verib. Saakaşvili Gürcüstan həbsxanalarında cəza çəkən cinayətkarların ən pisidir və onun avropalı yoldaşlarının bunu görməməsi çox pisdir", - Subari bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Sofio Basiladze: Queerlik mövcud repressiv sistemə qarşı duran həssaslıqdırLatviya XİN rəhbəri: Gürcüstan hökumətinin Aİ ilə əməkdaşlıqdan faydalanmamaq qərarı öz seçimidirKobaxidze: Beş ildən sonra Gürcüstan tranzit və nəqliyyat-logistika baxımından əhəmiyyətli dərəcədə güclənəcəkKobaxidze: “Şəffaflıq haqqında” qanunun qəbulu ölkəni xarici təhlükələrdən qorumaq istiqamətində atılan prinsipial addımlardan biri idiGürcüstanda qanunsuz silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən 11 nəfər saxlanılıbSon xəbərlərə bax →