01 
Iyn
2022
16:13
281

Baş nazir Milli Müdafiə Strategiyasının layihəsinin yenilənməsi ilə bağlı hesabat təqdim edib

Rusiyanın Ukraynaya hərbi təcavüzü və dəyişən regional təhlükəsizlik mühiti nəzərə alınmaqla, Milli Müdafiə Strategiyasının layihəsinin yenilənməsi, dəqiqləşdirilməsi və yekunlaşdırılması üzrə iş aparılır.

lnterPress.ge xəbər verir ki, bu barədə baş nazir İrakli Ğaribaşvilinin parlamentə təqdim etdiyi illik hesabatında deyilir.

Sənədə əsasən, müdafiə qabiliyyətini artırmaq üçün ölkə total müdafiə yanaşmasını qəbul etməyə davam edir.

“Prosesin vacib komponenti milli və departament sənədlərinin yenilənməsi və uyğunlaşdırılmasıdır ki, onun çərçivəsində Müdafiə Nazirliyi ABŞ və digər tərəfdaşlarla birlikdə müdafiə sahəsində bir sıra mühüm sənədlər hazırlayıb və yeniləyib. Gürcüstan Müdafiə Nazirliyi, Dövlət Müdafiə Siyasətinin Planlaşdırılmasının Əlaqələndirilməsi üzrə Daimi İdarələrarası Komissiya çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Strategiyası komponenti üzrə işləri başa çatdırıb. Hazırkı mərhələdə Rusiya Federasiyasının Ukraynaya hərbi təcavüzü və dəyişən regional təhlükəsizlik mühiti nəzərə alınmaqla, Milli Müdafiə Strategiyasının yenilənməsi, dəqiqləşdirilməsi və yekun variantının layihəsinin hazırlanması istiqamətində iş aparılır”, - deyə sənəddə qeyd olunub.

Sənədə əsasən, “2021-2025-ci illər üçün Strateji Müdafiə İcmalı” sənədində göstərilən istiqamətlərin yerinə yetirilməsi məqsədilə 2022-ci il üçün hədəfləri müəyyən edilmiş tapşırıq və tədbirlərlə vaxtında müəyyən edən 2022-2025-ci illər üçün Tədbirlər Planı təsdiq edilib.

„2021-ci ildə Müdafiə Qüvvələrinin uzunmüddətli inkişafına dair sənəd - "Müdafiə Qüvvələri 2030" təsdiq edilib ki, bu sənədin məqsədi Gürcüstan Müdafiə Qüvvələrinin davamlı və sabit inkişafı üçün şərait yaratmaqdır. Departamentlər səviyyəsində təşkilati sənədlərin işlənib hazırlanması üçün vahid standartı təmin etmək məqsədilə Gürcüstan Müdafiə Nazirinin 8 dekabr 2021-ci il tarixli 711071 nömrəli əmri ilə “Müdafiə siyasətinin və planlaşdırma sənədlərinin işlənib hazırlanmasına dair təlimat” təsdiq edilib, hansı ki, idarə səviyyəsində təşkilati sənədlərin işlənməsinin strukturunu, metodologiyasını və əsas komponentlərini müəyyən edir. 6 dekabr 2021-ci il tarixində Gürcüstan Müdafiə Nazirinin 058 saylı əmri ilə Gürcüstanın Müdafiə Nazirliyində dövlət müdafiə planlaşdırmasının konseptual sənədlərinin işlənib hazırlanması metodologiyasını müəyyən edən, “Strateji Müdafiənin Planlaşdırılması, Monitorinqi və Qiymətləndirilməsi üzrə təlimat” təsdiq edilib. Hesabat dövründə müdafiə nazirinin və Müdafiə Qüvvələrinin Ali Baş Komandanının Gürcüstanda və xaricdə bir neçə uğurlu səfərləri baş tutub ki, bu da mövcud əməkdaşlığın daha da təkmilləşdirilməsinə və yeni təşəbbüslərin müəyyənləşdirilməsinə səbəb olub”, - deyə sənəddə qeyd olunub.

Bizimlə əlaqə saxlayın