2023-cü ildə yenilənmiş dərsliklər tərtib ediləcək
2023-cü ildə həm XI sinif dərsliklərinin, həm də I-IV siniflər üçün yenilənmiş dərsliklərin tərtibi nəzərdə tutulur.
InterPress.ge xəbər verir ki, hökumətin fəaliyyəti ilə bağlı artıq Milli Məclisə təqdim olunmuş Baş nazirin yazılı hesabatında deyilir.
Sənədə əsasən, yeni dərs ilindən şagirdlər X sinifə qədər yeni, müasir dərsliklərlə təhsil alacaqlar.
“2021-ci ildə orta səviyyəli fənn standartları yenidən hazırlandı və təsdiq edildi. Məzmun və metodik yeniliklərlə yanaşı, orta təhsil pilləsində milli kurrikuluma - Gürcüstan tarixi fənni də əlavə edildi.
2022-2023-cü dərs ilindən şagirdlərin analitik, məntiqi, tənqidi təfəkkür və praktiki problem həll etmə bacarıqlarını inkişaf etdirmək məqsədilə ibtidai təhsilin I sinfində icbari fənnə şahmat əlavə olunacaq.
İbtidai siniflərin kurikulumlarına yenidən baxılır. II, III və IV siniflərdə ibtidai səviyyədə tətbiq edilən yenilənmiş fənn standartı - “Kompüter texnologiyaları” hazırlanaraq təsdiq edildi.
Bu il ilk dəfə olaraq erməni və Azərbaycan dili müəllimləri ana dili imtahanından keçmək və müəllimlərin peşəkarlığının artırılmasına cəlb olunmaq imkanı əldə edəcəklər”, - sənəddə deyilir.


