Qırmızı Körpüdə Azərbaycan vətəndaşı saxlanıldı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları Gəlirlər Xidmətinin Gömrük Departamentinin nümayəndələrinin koordinasiyası ilə aparılan istintaq tədbirləri nəticəsində Gürcüstanın gömrük-keçid məntəqəsində külli miqdarda malı gömrük qaydalarını pozaraq Azərbaycana keçirməyə çalışan Azərbaycan vətəndaşını məsuliyyətə cəlb ediblər.
InterPress.ge xəbər verir ki, bu barədə İstinaq Xidməti məlumat yayıb.
İstintaq zamanı məlum olub ki, Azərbaycan vətəndaşı "Qırmızı Körpü" gömrük-keçid məntəqəsindən keçməklə, Gürcüstanın gömrük sərhədindən gizli şəkildə Gürcüstandan Azərbaycan Respublikasına 23 863 lari dəyərində müxtəlif mallar - dərman vasitələri, yemək əlavələri və komputer texnikaları keçirməyə çalışıb.
Qeyd olunan şəxs Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin birinci hissəsi ilə təqsirli bilinib və əsas cəza ilə yanaşı qaçaqmalçılıq yolu ilə keçirməyə çalışdığı malları ələ keçirilib.


