İstintaq Xidməti biznesmen Qalib Öztürkün saxlanılması ilə bağlı rəsmi məlumat yaydı
Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti iş adamı Qalib Öztürkün saxlanılması ilə bağlı məlumat yayıb.
InterPress.ge xəbər verir ki, qurumdan verilən məlumata görə, onun ünvanında vergidən yayınma, saxta sənədlərin hazırlanması və istifadəsi və qanunsuz gəlirlərin leqallaşdırılması ilə bağlı mümkün faktların araşdırılması prosesində məhkəmə qərarı ilə baxış zamanı digər maddi sübutlarla birlikdə külli miqdarda pul vəsaiti, o cümlədən narkotik və psixotrop maddələr aşkar edilib.
“Vətəndaş Q.Ö.-ün qəsdən xüsusilə külli miqdarda vergidən yayınması, saxta ödəniş sənədlərinin hazırlanması və istifadəsi və qeyri-qanuni gəlirlərin leqallaşdırılması faktı üzrə aparılan araşdırmalar zamanı, işi aydınlaşdırmaq üçün lazım olan sübutları əldə etmək üçün 31 may 2022-ci il tarixində məhkəmə qərarı əsasında vətəndaş Q.Ö., o cümlədən ona aidiyyəti olan şəxs və şirkətlərlə bağlı istintaq və prosessual tədbirlər həyata keçirilib.
Q.Ö-ün məhkəmənin qərarı əsasında yaşadığı ünvana baxış zamanı digər maddi sübutlarla yanaşı, külli miqdarda pul vəsaiti, o cümlədən narkotik və psixotrop maddələr aşkar edilərək götürülüb, buna görə də Q.Ö. Gürcüstan Cinayət Məcəlləsinin 6 ilə qədər həbs cəzası nəzərdə tutan 260 və 261-ci maddələrinin birinci hissələri ilə saxlanılıb.
Faktla bağlı müvafiq tədbirlər intensiv şəkildə davam etdirilir, nəticə barədə vaxtaşırı ictimaiyyətə məlumat veriləcək”, - məlumatda deyilir.


