Gürcüstanda qeyri-məişət müştəriləri üçün qazın qiyməti iyulun 1 -dən artırılır
2022-ci il iyulun 1-dən regionlarda qazın tarifləri sahibkarlıq subyektləri üçün artacaq. Telavgaz Ltd, SOCAR Georgia Gas, Sakorgaz və Inter Gas şirkətlərinin pərakəndə qeyri-məişət müştəriləri üçün 1 m3 təbii qazın qiyməti ƏDV daxil olmaqla 1,38 lari müəyyən edilib.
InterPress.ge xəbər verir ki, bu barədə açıqlamaları şirkətlərin özləri yayıb.
“Dünya bazarında qiymətlərin kəskin dəyişməsi ilə əlaqədar təbii qaz bazarını reallığa uyğunlaşdırmaq məqsədilə qeyri-məişət istehlakçıları üçün təbii qazın qiymətinin tənzimlənməsi ilə bağlı qərar qəbul edildi”, - şirkətlərin bəyanatında deyilir.
Eyni zamanda, onların sözlərinə görə, Gürcüstanın Milli Enerji və Su Tənzimləmə Komissiyasının 2023-cü ilə qədər müəyyən etdiyi məişət tarifi dəyişməz olaraq qalır.
Xatırlatmaq istərdik ki, SOCAR Georgia Gas, Telavi Gas və Inter Gas 2021-ci il dekabrın 1-dən tariflərini artırıblar. Nəticədə indiyədək - bütün biznes abonentləri üçün 1 m3 təbii qazın qiyməti ƏDV daxil olmaqla 1,15 lari təşkil edib.
Məlumat üçün bildirək ki, "İnter qaz" Axalçixe və Aspindza rayonlarına, "Telavi qaz" - Telaviyə və "SOCAR Georgia Gas" Tbilisidən başqa Gürcüstanın qalan hissəsinə qaz verir.


