30 
May
2022
17:13
321

Tbilisidə "Era film" studiyasının "Geri dönüş" adlı filminin təqdimatı baş tutdu

Əsas hədəflərindən biri zərərli vərdişlərlə mübarizə aparmaq olan Gürcüstan Yaşılay Cəmiyyətinin "Sağlam Yaşam Təbliği Üsulları" layihəsi çərçivəsində "Era Film" studiyası tərəfindən çəkilmiş "Geri dönüş" adlı filmin təqdimatı keçirildi.

InterPress.ge xəbər verir ki, filmin təqdimatı "Tbilisi Palace" otelində baş tutdu.

 Ssenari müəllifliyi və rejissorluğu Elnur Vəlizadəyə aid olan filmdə iyirmiyə yaxın aktyor-aktrisa və texniki heyət işçisi iştirak etmişdir. Filmdə baş rollarda "Era Teatrı"nın aktyor və aktrisaları olan Alı Şərifov və Məryəm Əliyeva, köməkçi rollarda isə Ümman, Səma Sadiq, Benyamin Qasımoğlu və Mayar Seyidiyeva yer alıblar. 

 Qeyd edək ki, qeyd olunan filmin mövzusu məişət problemləri və qumarın cəmiyyətdəki fəsadlarıdır.

 Yaxın günlərdə filmin təqdimatı başqa regionlarda da planlaşdırılır.
 
"Tbilisi Palace" otelində baş tutan tədbirdə TİKA Tbilisi koordinator müavini Saliha Güner Bayraktar, Türk Hava Yolları Gürcüstan müdiri Şerafettin Ekici, QHT və media nümayəndələri, eyni zamanda Gürcüstan Yaşılay Cəmiyyətinin könüllüləri iştirak etdilər və öz müsbət fikirlərini bildirdilər.

Bizimlə əlaqə saxlayın