30 
May
2022
15:07
261

İrakli Qaribaşvili İsrail Dövlətinin Xarici İşlər Naziri və Alternativ Baş Nazir ilə görüşüb

Gürcüstanın baş naziri İrakli Qaribaşvili İsrail Dövlətinin Xarici İşlər Naziri və Alternativ Baş Nazir Yair Lapid ilə görüşüb.

InterPress.ge xəbər verir ki, məlumatı hökumət administrasiyasının mətbuat xidməti yayıb.

Görüşdə iki ölkə arasında dostluğun nümunəvi olduğu və 30 illik diplomatik münasibətlərin bunun əyani təsdiqi olduğu vurğulanıb. Müxtəlif sahələrdə uğurlu əməkdaşlığın daha da dərinləşdirilməsinə qarşılıqlı hazır olduqları bildirilib.

İrakli Qaribaşvili və Yair Lapid həmçinin təhlükəsizlik baxımıdan çətinliklərdən və müxtəlif formatlarda əməkdaşlığın daha da intensivləşdirilməsindən danışıblar.

İsrail Dövlətinin Xarici İşlər Naziri İrakli Qaribaşviliyə Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməkdə İsrail dövlətinin sabit mövqeyini bir daha təsdiqləyib.

Görüşdə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili, müdafiə naziri Cuanşer Burçuladze, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Qriqol Liluaşvili, Gürcüstanın İsraildəki fövqəladə və səlahiyyətli səfiri Laşa Jvaniya və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər. 

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər