29 
May
2022
22:37
1116

Rəşan Ziyədəliyev "Missiya" yarışmasından uzaqlaşdırıldı - SƏBƏB?

Rəşan Ziyədəliyev "Missiya" yarışmasından uzaqlaşdırılıb.

InterPress.ge məlumat verir ki, bu barədə Ziyədəliyev öz Facebook səhifəsində yazıb.

Ziyədəliyev qeyd edir ki, münsiflər heyəti tərəfindən ona etnik azlıqların haqqında çox danışdığı və buna görə də yarışmadan uzağlaşdırıldığı bildirilib.

"İlk öncə mənə səs verən və dəstək olan hər kəsə təşəkkürümü bildirirəm. Mən də Formula TV-yə və Beynəlxalq Respublika İnstitutuna bu fürsətə görə təşəkkür etmək istərdim. Təəssüf ki, “Missiya” verilişindən ayrılıram. 

Bu telelayihədə belə layiqli gənclərlə iştirak etdiyim üçün həqiqətən fəxr edirəm və hər bir namizədə uğurlar arzulayıram.

Münsiflər heyətinə də təşəkkür edirəm.

Münsiflər heyətinin dediyinə görə,  "missiya"dan uzaqlaşdırılmağımın səbəbi (yarışma zamanı və sonra)
həmişə etnik azlıqlardan danışmağım olub. 
Qeyd etmək istərdim ki, birinci proqramda mən mərkəzsizləşdirmədən danışdım, ikinci proqramda isə dövlət məktəblərindəki problemlərdən danışdım və hər iki mövzu heç bir şəkildə etnik azlıqlara aid deyildi və ümumiyyətlə, mən bu iki çıxışda "etnik azlıqlar" sözünü işlətməmişəm. Ona görə də jüri üzvlərinin bu arqumentini heç bir şəkildə qəbul etməyəcəyəm."- deyə Rəşan qeyd edir.

Xatırladaq ki, Rəşan Ziyədəliyev 25 aprel tarixində Formula Tv- də başlayan "Missiya" yarışmasında iştirak edirdi. O, edilən zəng vasitəsilə toplanan səslər nəticəsində iki həftə ard- arda həftənin qalibi seçilmişdi.

Bizimlə əlaqə saxlayın