29 
May
2022
20:30
352

Ermənistan prezidenti Gürcüstana səfər edəcək

Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan mayın 30-da Tbilisiyə rəsmi səfər edəcək.

InterPress.ge xəbər verir ki, Ermənistan Respublikası Prezidentinin rəsmi qarşılanma mərasimi Orbeliani sarayında keçiriləcək, bundan sonra Vahaqn Xaçaturyan Gürcüstan Prezidenti Salome Zurabişvili ilə üzbəüz görüşəcək.

Gürcüstan Prezidentinin Administrasiyasından verilən məlumata görə, prezidentlərin geniş tərkibdə nümayəndə heyətlərinin müşayiəti ilə görüş də nəzərdə tutulub. Bundan başqa, prezidentlər mətbuata birgə bəyanatlarla çıxış edəcəklər.

Rəsmi səfər çərçivəsində Ermənistan Respublikasının prezidenti Gürcüstanın baş naziri İrakli Ğaribaşvili və parlamentin sədri Şalva Papuaşvili ilə görüşəcək.

Eyni zamanda, Vahaqn Xaçaturyan Gürcüstanın birliyi uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyacaq.

Bizimlə əlaqə saxlayın