29 
May
2022
13:06
6188

Bu cərimələr ikiqat artırılacaq

Paytaxtda yaşıl bitkilərə zərər vuranlara görə cərimələri ikiqat artıracaq qanunvericiliyə dəyişikliklər parlamentin sabah keçiriləcək büro iclasında müzakirəyə çıxarılacaq.

InterPress.ge xəbər verir ki, qanunlayihəsinə əsasən, Tbilisi bələdiyyəsinin inzibati hüdudları daxilində yaşıl bitkilərin zədələnməsi, özbaşına kəsilməsi və ya başqa yerə köçürülməsi, yaşıl bitkilərə qulluq qaydalarının pozulması 500 lari deyil, 5000 lari məbləğində cərimə ilə nəticələnəcək. Qanunlayihəsində göstərilir ki, eyni hərəkət təkrarlanarsa, cərimə 1000 lari deyil, 10 000 lari olacaq.

Eyni zamanda, qanunvericilik səviyyəsində yeni pozuntu növü qüvvəyə minir - Tbilisi bələdiyyəsinin inzibati hüdudları daxilində yaşıl bitkilərin keyfiyyətinin qiymətləndirilməsinə dair rəy verən səlahiyyətli şəxs tərəfindən düzgün olmayan rəyin verilməsi. 

Layihəyə görə, bu hərəkətə görə cərimə 10 000 lari olacaq. Təşəbbüskarlar izah edirlər ki, qeyd olunan pozuntuya görə Tbilisi bələdiyyəsində 2021-ci ildə 69 708 lari, 2022-ci ildə isə 44 581 lari məbləğində cərimə tətbiq olunub.

Dəyişikliklərin təşəbbüskarları deputatlar Maia Menaqarişvili, Ketevan Dumbadze, Ramina (Rima) Beradze, İrakli Medzmariaşvili, Maia Bitadze, Nodar Turdzeladze, İrma Zavradaşvili, Beka Davituliani, İrakli Zarkua və Qivi Çiçinadzedir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər