Qardabanidə həmkəndlisini qətlə yetirən şəxs yaxalandı
DİN-in Kvemo Kartli Polis Departamentinin əməkdaşları İ.K.-nı qəsdən adam öldürmə ittihamı ilə yaxalayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, cinayət 7 ildən 15 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
“İstintaq müəyyən edib ki, bu il mayın 26-da Qardabani bələdiyyəsində təqsirləndirilən İ.K. və onun həmkəndlisi, sərxoş vəziyyətdə olan 1992-ci il təvəllüdlü R.M. arasında şifahi və fiziki qarşıdurma yaranıb, bu zaman R.M bıçaqla İ.K.-nin bədəninə xəsarət yetirib. Bundan sonra qisas almaq üçün İ.K. avtomobilindən bıçaq çıxarıb R.M.- ya qarın nahiyəsindən xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı R.M. xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində İ.K. polis tərəfindən hadisənin ertəsi günü yaxalanıb.
Qəsdən adam öldürmə faktı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırılır”, - məlumatda deyilir.


