28 
May
2022
09:37
365

"Şəhərlərimiz dağıdılıb, dəniz bağlanıb, amma biz yenə də azadıq" - Zelenski

"Biz dəqiq bilirik ki, “azadlıq” dedikdə eyni şeyi nəzərdə tuturuq".

InterPress.ge xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Stenford Universitetində auditoriya qarşısında çıxış edərək ABŞ və Ukrayna arasındakı münasibətləri belə vurğulayıb.

Onun sözlərinə görə, Ukraynanın müharibədən sonrakı bərpası tələbələrin iştirak edə biləcəyi ən böyük azadlıq layihələrindən biridir.

"Mən əminəm ki, bu müharibədən sonra sizdə, Amerika xalqında və bizim münasibətlərimizdə nə isə dəyişəcək. Bu, artıq dəyişir. Biz yaxınlaşırıq. Biz dəqiq bilirik ki, “azadlıq” dedikdə eyni şeyi nəzərdə tuturuq. Ötən ilin sentyabrında Ukraynaya qayıdanda çox ruhlandım. Birlikdə nə qədər iş görə biləcəyimizi düşündüm. İndi mən oxşar əhval-ruhiyyə hiss edirəm, çünki sizin gözlərinizi görürəm və inanıram ki, sizin bir çoxunuz Ukraynada olacaq və müharibədən sonrakı yenidənqurma işimizə kömək edəcək, çünki bu, sizin nəslin iştirak edə biləcəyi azadlığın qorunması üçün ən böyük layihədir. Şəhərlərimiz dağıdılıb, dəniz bağlanıb, amma biz yenə də azadıq", - Zelenski deyib.

Bizimlə əlaqə saxlayın