27 
May
2022
18:11
11870

Məlumata görə, 9- cu sinif şagirdinə sinif yoldaşları tərəfindən əvvəlcə marixuana verilib daha sonra isə..."

Şida Kartlidə 9-cu sinifdə oxuyan qız sinif yoldaşları tərəfindən marixuana çəkməyə məcbur edilib, bundan sonra o, cinsi istismara məruz qalıb.

InterPress.ge xəbər verir ki, yayılan məlumata görə, azyaşlılar qızın şəxsi həyatını əks etdirən videosunu da çəkərək sosial şəbəkədə paylaşıblar.

Dəhşətli cinayətdən ilk xəbər tutan  mandatur hadisə ilə bağlı aidiyyəti xidmətlərə məlumat verib.

Ehtimal olunan hadisəni törədən şəxsin anası iddia edir ki, baş verənlər barədə heç nə bilmir və ona video göstərilməyib.

"Dəli kimiyəm, çaşqınlıq içindəyəm. Ölü kimiyəm. Görürəm ki, mən anayam. Həqiqətən heç nədən xəbərim yoxdur. Mənə heç bir  məlumat verilmir. Mən videonu tələb etdim, ancaq videonu mənə göstərmədilər. Bilmirəm o videoya baxmağımı niyə istəmirlər. Oğlum ağlayır o qeyddə elə bir şey yoxdur deyir."

Zərərçəkən qız hələlik sığınacağa yerləşdirilib və onunla psixoloqlar işləyir. Hadisə ilə bağlı polis artıq bir sıra dindirmələrə başlayıb.

Bizimlə əlaqə saxlayın