Gürcüstanda koronavirusa son yoluxmaların hardan olduğları açıqlandı
"9 yeni koronavirus hadisəsindən 2-si yoluxmuş şəxslə münasibətdə olan, 6-sı karantin zonasındandır. Birnin isə yoluxma mənbəyi məlum deyil".
InterPress.ge xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibb direktoru Marina Ezugbaia deyib.
Ezugbayanın sözlərinə görə, daha 7 nəfər sağaldı və hamısı yoluxucu xəstəliklər xəstəxanasının xəstələri idi.
"9 yeni yoluxma əlavə edildi, sağalmışların sayı isə 7 nəfər artdı və hazırda 143 xəstə covid mərkəzlərində müalicə olunur. 9 yeni koronavirus hadisəsindən 2-si yoluxmuş şəxslə təmasda olandır, 6-sı karantin məkanındandır, 6 nəfərdən 3-ü yük maşını sürücüsüdür və yalnız bir yoluxmanın mənbəyi məlum deyil.
... Vəziyyətimiz xeyli yaxşılaşmış 1 ağır xəstəmiz var, amma onda ağır sətəlcəm qalır, buna görə də ciddi xəstə hesab olunur. Qalan xəstələrin vəziyyəti orta-yüngüldür "dedi Ezugbaya.


