Prezident: "İkili vətəndaşlıq almaq asanlaşdırılmalıdır"
Gürcüstan prezidenti Salome Zurabişvilinin sözlərinə görə, gürcü diasporu ilə ölkə arasında mövcud əlaqəni kəsməmək üçün ikili vətəndaşlığın əldə edilməsinin daha da asanlaşdırılması vacibdir.
InterPress.ge xəbər verir ki, bu barədə Salome Zurabişvili “Gürcüstan diasporu Gürcüstanın Avropa gələcəyi üçün” adlı tədbirdə danışıb.
Prezident qeyd edib ki, ikili vətəndaşlığı sadələşdirmək işini Ədliyyə Nazirliyi davam etdirir.
“Bəzən bura aid olub-olmadığımı bilmirəm. Mən ilk növbədə onlara müraciət edib bu gün və dünəni təbrik etmək istərdim, çünki 26 May diaspor üçün daha da sevindirici ola bilər, ancaq ölkəndə olmadıqda və nədənsə ölkənə qayıda bilməyəndə ağrılı ola bilər. Diasporun indiki taleyi tamam başqadır, ölkə ilə bağlıdır və beləliklə, diaspor həqiqətən də xaricdə bizim gücümüzü təmsil edir. Kiçik bir ölkə üçün bu çox vacibdir.
Düzdür, xaricdə belə bir diasporun olmasını biz seçməmişik, amma bu mövcuddur və diaspora ilə ölkə arasında mövcud olan əlaqə qırılmamalıdır və mümkün qədər möhkəmlənməlidir. Biz tərəfdən çox şey lazımdır. Əvvəla, ikili vətəndaşlığın daha da sadələşdirilməsi çox vacibdir. Bu məsələ üzərində Ədliyyə Nazirliyi işləyir və bu yolda mövcud olan bütün problemlər mümkün qədər azaldılmalıdır. Ölkəmizin marağındadır ki, ikili vətəndaşlığa sahib olmaq istəyən diaspor üzvləri buna nail ola bilsinlər. Bu birliyin yaşaması üçün lazım olan ikinci şey onların Gürcüstanın gündəlik dövlət fəaliyyətinə və ya siyasətinə qarışmalarıdır. Diaspor nümayəndələrinin parlamentdə təmsil olunması lazımdır. Mən bu təşəbbüsü dəfələrlə qeyd etmişəm. Düzdür, bu, partiyaların, parlamentin əlindədir, amma bütün böyük diasporalı dövlətlərdə olduğu kimi, bizdə də, diasporun öz maraqlarını Parlamentdə təmsil edən nümayəndəsinin olması vacibdir”, - deyə Prezident bəyan edib.


