Gürcüstanda koronavirusla bağlı son vəziyyət - 17 iyun
Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 9 yeni yoluxma halı qeydə alınıb.
InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.
Bununla da ölkədə virusa yoluxanların sayı 888 nəfərə çatıb.
Sağalanların sayına gəldikdə isə, ölkəmizdə son 24 saat ərzində 7 yeni sağalma qeydə alınıb. Bununlada COVID-19 infeksiyasından sağalanların ümumi sayı 731-ə çatıb.
Qeyd olunub ki, koronavirus səbəbi ilə 2710 nəfər karantində saxlanılır, 267 nəfər isə stasionar şəraitdə müalicə olunur.
Qeyd edək ki, koronavirus səbəbi ilə 14 nəfər vəfat edib.
Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.


