26 
May
2022
19:11
410

Bu gün Marneulidə Müstəqillik Günü qeyd olundu-FOTO

Bugün Marneulidə Marneuli meriyasının təşkilatçılığı ilə 26 may müstəqillik gününə həsr olunmuş bayram tədbiri keçirildi. 

InterPress.ge xəbər verir ki, bayram tədbiri Marneulinin girişində yerləşən  "Kidevac daizrdebian" abidəsinin ərazisində keçirildi. 

Sözügedən tədbirdə Marneuli meri Kənan Ömərov, Kvemo kartli qubernatoru, gürcü din xadimləri,  Marneuli meriyası nümayandələri, ziyalılar və digər vələdiyyələrdən gələn əhali iştirak edirdi. 

Tədbir başlamadan öncə parkın yaxınlığında yerləşən ərazidə Gürcüstan bayrağı ucaldılaraq dualar oxundu. 

Bayram tədbirində qonaqlar tarixi sərgilərlə və gürcü xalqının ənənələrini əks etdirən xüsusi guşələrlə daha yaxından tanış oldular.  

Həmçinin tədbir zamanı müsabiqələr, uşaq tamaşaları və şoular, idman fəaliyyətləri nümayiş etdirildi.

Bizimlə əlaqə saxlayın