26 
May
2022
14:07
359

Türkiyə Prezidenti Gürcüstan xalqını təbrik etdi

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və gürcü xalqını Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.

 lnterPress.ge xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Türkiyə və Gürcüstan indi olduğu kimi gələcəkdə də, regionda sülh, sabitlik və canlanmaya töhfə verməyə davam edəcək.

“Gürcüstanın Müstəqillik Günü münasibətilə Zati-alinizi və gürcü xalqını türk xalqı adından və şəxsən öz adımdan təbrik edirəm.

Mən səmimi qəlbdən inanıram ki, iki strateji müttəfiq: Türkiyə və Gürcüstan indi olduğu kimi gələcəkdə də, regionda sülh, sabitlik və canlanmaya töhfə verməyə davam edəcək.

Fürsətdən istifadə edərək, Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına isə firavanlıq və dirçəliş arzulayıram”, - deyə Türkiyə Respublikasının Prezidenti qeyd edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər