"İyunun 20-də Tbilisinin ikinci dəfə bağlanması ilə bağlı yayılan məlumat yalandır".
InterPress.ge xəbər verir ki, bu barədə hökumət bəyanat yayır.
"Güya iyunun 20-də Tbilisi ikinci dəfə bağlanacaq. Bu haqda yayılan məlumat doğru deyil və bu yalanın məqsədi, müəyyən qruplar tərəfindən ictimaiyyəti səhvə salmaqdır. Ölkədə mövcud olan epid-vəziyyət şəhərlərin və yolların bağlanmasını gərəkdirmir, – deyilir iqtidar tərəfindən yayılan bəyanatda.

