Azadlıq Meydanında Müstəqillik Gününə hazırlıq gedir
Azadlıq Meydanında Müstəqillik Gününü qeyd etmək üçün hazırlıqlar gedir.
lnterPress.ge xəbər verir ki, müstəqillik günü ilə bağlı tədbir Rustaveli prospektində saat 11:00-da başlayacaq və həmin vaxt saat 12:00-da çağırışçılar and içəcəklər, saat 20:30-da qala-konsert olacaq.
Azadlıq meydanında səhnə qurulub, əlavə olaraq sərgi meydançaları yaradılıb. Həm yerli sakinlər, həm də xarici turistlər bu gün müxtəlif maraqlı tədbirlərə baxa biləcəklər.
Andiçmə mərasiminin Tbilisidən başqa 5 regionda keçirilməsi planlaşdırılır, 15 bələdiyyədə hərbi texnika sərgilənəcək. Həmçinin, hava komponentləri göstəriləcək, ordu isə yeni texnika ilə meydana çıxacaq.
Builki tədbirdə Aİ-yə üzv ölkələr və ABŞ səfiri iştirak edərək Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edəcəklər. 26 Mayın qeyd edilməsi tarixində ilk dəfə olaraq Avropa İttifaqının himni səsləndiriləcək, Gürcüstanın dövlət himnini isə uşaq kapellası ifa edəcək.


