25 
May
2022
18:04
958

Ukraynada müharibə başlayandan bu günədək Gürcüstana daxil olan ukraynalıların sayı açıqlandı

 Ukraynada müharibə başlayandan indiyədək Gürcüstana 20 minə qədər Ukrayna vətəndaşı daxil olub ki, onlardan 5500-ü azyaşlılardır.

InterPress.ge xəbər verir ki, bu barədə
Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Andrey Kasyanov bildirib.

Onun brifinqdə qeyd etdiyinə görə, ukraynalı qaçqınların Gürcüstanda yerləşdirilməsi ilə bağlı heç bir problemin olmayacağını gözləyir.

"Gürcüstan ərazisində 20 minə yaxın Ukrayna vətəndaşı var, onlardan 5500-ə yaxını yetkinlik yaşına çatmayanlardır. Gürcüstan hökuməti ilə koordinasiya, eləcə də BMT-nin Ali Komissarlığı ilə əməkdaşlıq çərçivəsində biz əsas tələblərin yerinə yetirilməsi üçün bütün lazımi tədbirləri görürük. Ukrayna vətəndaşlarının bəziləri artıq Gürcüstanda müxtəlif sahələrdə işləyirlər. Bildiyiniz kimi, İrakli Ğaribaşvili Varşava konfransında iştirak edib. Biz minnətdarıq, İrakli Ğaribaşvili bildirib ki, Gürcüstan bundan sonra da ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə dəstək verəcək, yardım göstərəcək, Gürcüstan hökuməti bunun üçün 7 milyon dollar ayıracaq. Yaxın günlərdə hökumət tərəfindən müvafiq qərarların veriləcəyini və ukraynalı qaçqınların Gürcüstanda yerləşdirilməsi ilə bağlı heç bir problemin olmayacağını gözləyirik, bunu 2022-ci il iyunun 1-dən gözləyirik.

Biz Gürcüstan hökumətinə, xüsusən də təhsil və elm nazirinə Ukrayna sektorunun açılmasında göstərdiyi dəstəyə görə minnətdarıq”, - Kasyanov bildirib.

Bizimlə əlaqə saxlayın